...

Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq

İqtisadiyyat Materials 17 Sentyabr 2018 17:03 (UTC +04:00)
Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq.
Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması məsələsinə XİN Şurasının iclasında baxılacaq

Bakı. Trend:

Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə müzakirələr aparıb.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən E.Məmmədyarov ölkəmizin ŞƏT-in dialoq tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində, R.Alimov müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Koordinator Şurasının cari ilin avqust ayında keçirilmiş iclası zamanı müzakirə edildiyini söyləyib. O, bu məsələnin ŞƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında baxılacağını deyib.

Görüş zamanı tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti