...

Yeni Ələt-Astara yolundan möhtəşəm görüntülər - VİDEO

İqtisadiyyat Materials 18 Sentyabr 2018 19:33 (UTC +04:00)
Yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.
Yeni Ələt-Astara yolundan möhtəşəm görüntülər - VİDEO

Bakı. Trend:

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.

Trend-in məlumatına görə, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yeni Ələt-Astara yolundan görüntüləri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti