...

BBF-in dəstəklədiyi layihə Tbilisidə keçirilən beynəlxalq forumda 1-ci yeri tutub

İqtisadiyyat Materials 26 Oktyabr 2018 12:08 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Welcome Challenge” Qonaqpərvərlik və Turizm Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilib.
BBF-in dəstəklədiyi layihə Tbilisidə keçirilən beynəlxalq forumda 1-ci yeri tutub

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Welcome Challenge” Qonaqpərvərlik və Turizm Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilib.

Trend-in məlumatına görə, ölkənin Milli Turizm Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən startap şirkətlər və investorlar iştirak ediblər. Müxtəlif panellərdən ibarət olan tədbirdə səyahət sektoruna aid şəxslər, qurumlar yenilikçi ideyalarını paylaşıblar.

Forum çərçivəsində startapçılar arasında keçirilən yarışmanın qalibi Azərbaycanı təmsil edən startap seçilib. Yarışın qalibi “Baku Business Factory”nin (BBF) dəstəklədiyi “EcoSolutions” layihəsi elan olunub. Qalibə 10 min ABŞ dolları mükafat təqdim olunub.

Qeyd edək ki, “EcoSolutions” hotellərdə tullantıların səmərəli idarə olunmasını asanlaşdıran layihədir. Yarışda 2-ci yeri italiyalı startapçı Françesko Canzonierenin səyahət və hotel saytları üçün təqdim etdiyi “Convertion Rate Optimization” layihəsi tutub (5 min ABŞ dolları mükafat), 3-cü yerə gürcüstanlı startapçı Sandro Çalagashvilinin səyahət axtarış platforması olan “Tripify”ya layiq görülüb (3 min ABŞ dolları mükafat).

Xatırladaq ki, BBF 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti