...

Bakıda bu prospektdə üfüqi nişanlanma xətləri çəkiləcək

İqtisadiyyat Materials 26 Noyabr 2018 10:32 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Bakıda bu prospektdə üfüqi nişanlanma xətləri çəkiləcək

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti