...

Azərbaycanın ilk rəsmi Ünvan Portalı işə düşdü (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2018 15:21 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın ilk rəsmi Ünvan Portalını (www.unvanportali.az) işə salıb.
Azərbaycanın ilk rəsmi Ünvan Portalı işə düşdü (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın ilk rəsmi Ünvan Portalını (www.unvanportali.az) işə salıb.

Komitədən Trend-ə verilən məlumata görə, təqdimat dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə baş tutub.

Komitənin aparat rəhbəri Azər Bəşirov bildirib ki, ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.

İnsanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir.

Komitə və yerli icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində respublikanın şəhər və rayon mərkəzlərində 7 244 küçə və prospektə, kənd yaşayış məntəqələri üzrə 19 minə yaxın nəqliyyat infrastrukturu obyektlərinə yeni adlar verilib və yeni yaradılmış ÜRİS-nə daxil edilib. Hazırda ÜRİS-də respublikanın şəhər, rayon mərkəzləri və qəsəbələri olmaqla ümumilikdə 16 155 adlı NİO və onlar üzrə 834 min ədədə yaxın giriş ünvanı, 420 minə yaxın daxili ünvan məlumatları toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti