...

Ötən il sosial sığorta daxilolmalarında 11,8 faiz artım qeydə alınıb

İqtisadiyyat Materials 15 Yanvar 2019 13:37 (UTC +04:00)
Qeyri-büdcə sektoru üzrə daxilolmalarda artım 11,4% təşkil edib və bu istiqamət üzrə proqnoz 86 mln. manat çox olmaqla 106,1 % icra olunub
Ötən il sosial sığorta daxilolmalarında 11,8 faiz artım qeydə alınıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların mühüm bir istiqaməti də sosial sığorta daxilolmaları sahəsində inzibatçılığın təkmilləşdirilməsinə, sosial sığorta haqlarının toplanması istiqamətində fəaliyyətin səmərəli və şəffaf təşkilinə yönəlib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən tədbirlərin nəticəsi kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.

Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti