...

Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

İqtisadiyyat Materials 17 Yanvar 2019 15:35 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildə Fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6 148 və istirahət mərkəzlərinə 1 409 göndərişlə təmin edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 9 May-Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarından ibarət 541 nəfərin hər birinə 1 000 manat, həmin müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 10 430 nəfərin hər birinə 500 manat birdəfəlik maddi yardım verilib.

Hesabat dövründə 16 min nəfər səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 355 nəfər sağlamlıq imkanları məhdud gənc isə peşə reabilitasiyasına cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti