...

Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı (FOTO)

İqtisadiyyat Materials 22 Yanvar 2019 11:00 (UTC +04:00)
Ölkənin qabaqcıl banklarından olan Rabitəbank yaradılışının 25-ci il fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamlayıb.
Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı (FOTO)

Bakı. Trend:

Ölkənin qabaqcıl banklarından olan Rabitəbank yaradılışının 25-ci il fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamlayıb. Bunları bankın rəhbərliyi ilin yekunlarına həsr olunan“2018 yekunları və 2019 çağırışları” adlı ənənəvi konfransda acıqlayıb.

Konfrans, bankın əsas səhmdarları, Müşahidə Şurası, İdarə Heyəti, Baş Ofis və bankın 25 şöbə və filiallarında çalışan struktur rəhbərlərin iştirakı ilə keçirilib. Bankın rəhbərliyi əməkdaşlarla 2018-ci ilin nəticələri ilə bölüşmüş və 2019-cu ilə dair tövsiyyə və gözləntilərini səsləndirib. Əlavə olaraq tədbirdə 2018-ci ildə müxtəlif sahələrdə fərqlənən bankın əməkdaşları kuboklarla təltif edilib.

Tədbirdə səsləndirilən hesabata əsasən bank 2018-ci ili 3,1 mln manat mənfəət və 772 mln manat aktiv həcmləri ilə tamamlayıb. Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat, məcmu kapitalı isə 12% artaraq, 102 mln. manat təşkil edib. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki ilə nəzərən müqayisədə 15% artaraq 47 mln. manat, xərcləri isə 44 mln manat təşkil edib.

Həmçinin 2018-ci ildə əvvəlki il ilə müqayisədə verilmiş biznes kreditlərin həcmi 23%, istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artıb. 2018-ci ildə sürətli pul köcürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artıb.

Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etdirib. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçib. Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi TelegramFacebook Messenger üzərindən chatbot-u istifadəyə verib və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim edib.

2018-ci ildə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin istifadəsinə verilib. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülüb. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılıb.

2019-cu ildədə qarşıya yeni hədəflər qoyan Rabitəbank, yeni məhsul və xidmətlərlə, müştərilərini sevindirməyə və yüksək xidmət göstərməyə davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti