...

Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti Şamaxıda operativ qərargah qurub

İqtisadiyyat Materials 6 Fevral 2019 12:21 (UTC +04:00)
Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti Şamaxıda operativ qərargah qurub
Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti Şamaxıda operativ qərargah qurub

Bakı. Trend:

Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti Şamaxıda operativ qərargah qurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu an üçün AZSIĞORTA-ya artıq 30-dan çox müraciət daxil olub.

Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurub. Həmçinin müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.

AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli və 2015-ci ildə Şəki rayonlarında baş vermiş zəlzələlər zamanı analoji tədbirlər həyata keçirib.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.

Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti