...

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı (FOTO)

İqtisadiyyat Materials 4 Mart 2019 18:14 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək.
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, ayın ilk özəlləşdirmə hərracına ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 8-i yarımçıq tikili, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Bakı, Yevlax, Ağcabədi ilə yanaşı, digər şəhər və rayonlarda yerləşir. Dövlətə məxsus səhm hissələrinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri nəqliyyat, kəndkimya, inşaat kimi müxtəlif iqtisadi sahələrə aiddir. Qeyd edək ki, hərraca “Kürdəmir Kəndkimya”, “Neftçala Ət”, “Tovuz Məişət“ kimi səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri çıxarılıb.

Ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri üzrə geniş seçim imkanları mövcuddur. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarına Şəki və Balakəndə Əmlak kompleksləri, İmişli və Neftçalada ticarət, ictimai iaşə obyektləri aiddir. Daşkəsən rayonunda yerləşən yardımçı təsərrüfatın isə ümumi faydalı sahəsi 1941.2 kv.m-dir. 41 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakı kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq istəyən investor üçün uğurlu seçimdir.

Xidmət və ofis obyekti kimi istifadə imkanları yaradan qeyri-yaşayış sahələrindən 7-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə, digərləri isə Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 323.2 kv.m intervalındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsindədir.

Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələri BMW, Nissan, Rexton və digər markalara aiddir. Buraxılış tarixləri 1995-2007 intervalında olan avtomobillər üzrə təyin olunmuş ilkin hərrac qiyməti 400 manat ilə 14 min manat arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti