Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb (FOTO)

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit, turizm, investisiya, energetika, İKT və s. sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzalirə edilib.

Nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişafetdiyini, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, iikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə “Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar. Qeyd olunub ki, Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.

İranla əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

Bu günlərdə açılışı həyata keçirilən və mühüm əhəmiyyətə malik Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Uzunluğu 164 km olan Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox önəmli addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamərində tədbirlər davam etdirilir. Qeyd olunub ki, 2018-ci ildə ötən illə müqayisədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb.

Bildirilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

Nazir Ş.Mustafayev martın 14-də Bakıda İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri, Azərbaycan nümayəndə heyətinin bu ilin martında İrana səfərinin, keçirilən görüşlərin uğurlu olduğunu vurğulayıb, Bakıda keçiriləcək Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib. F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirərək, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə, turizm, maliyyə və bank, sığorta, ticarət, gömrük və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, İranda birgə investisiyalı müəssisələrin yaradılması ölkələrimiz arasında əlaqələrin inkiişafına töhfə verə bilər.

Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu, son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı sahibkarlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli şərait yaradır. Təsadüfi deyildir ki, son 5 ildə ölkələrimiz arasında 25 biznes forum və işgüzar görüş təşkil edilib.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycan-İran iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bu günkü biznes forum bu sahədə öz töhfəsini verəcək.

Nazir Ş.Mustafayev hər iki ölkənin işgüzar dairələrini mövcud imkanlardan, sənaye parkları və məhəllələrində yaradılan əlverişli şəraitdən yararlanmağa və birgə layihələr həyata keçirməyə dəvət edib.

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. F.Dejpəsənd İranın investisiya imkanları barədə məlumat verərək, Azərbaycanlı investorların bu imtiyazlardan və güzəştlərdən yararlanmasının, bir sıra sahələrdə, o cümlədən mədən sənayesi, turizm, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşkilinin faydalı olacağını qeyd edib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Hüseyn Pirmüəzzin müvafiq olaraq Azərbaycanın və İranın biznes və investisiya mühiti, Azərbaycan Turizm Bürosunun şöbə müdiri Sevinc Zeynallı isə Azərbaycanın turizm imkanları barədə təqdimatla çıxış ediblər.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Mart ayında elektrik enerjisi istehsalı artıb
Mart ayında elektrik enerjisi istehsalı artıb
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Loading Bars
Xəbər lenti
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
“AccessBank” tender elan edir
Türkiyədə yük qatarı qəzaya uğrayıb
"Vestel Azərbaycan"dan qazandıran yenilik
5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Koronavirusun "Britaniya" ştammı 132 ölkədə aşkarlanıb - ÜST
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq alıb
Aprelin 14-də xarici valyutaların manata qarşı məzənnələri
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Yevlaxda toy məclisi aşkarlanıb
Hacıqabulda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Sahibə Qafarovanın başçılığı ilə deputatlarımız Rusiyaya gedir
Hərbi Qənimətlər Parkı ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir - Tamam Cəfərova
Belarus Qarabağda tikinti-quruculuq işləri ilə bağlı dəstək göstərməyə hazırdır - Nazir (FOTO)
Xaçmazın icra başçısı peyvənd olunub (FOTO)
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişib
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb
Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Yol polisi Qərb rayonlarında reyd keçirib (FOTO/VİDEO)
Vaşinqton Cozef Baydenin sentyabrın 11-dək qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib
Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb - ÜST
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var
Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: PSJ və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
Bütün xəbərlər