İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

İqtisadiyyat Xəbər 20 Mart 2019 08:05 (UTC +04:00)

Bakı. Trend:

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edilib.

Trend-in məlumatına görə, müvafiq qərarla siyahıya aşağıdakı məzmunda abzas əlavə edilib:

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi”.

Beləliklə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 10-a çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti