Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.
MNBP-dən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan irəli gələn işlərin icrası çərçivəsində MBNP elektron portal hazırlayıb. Portalın xüsusiyyəti ondan ibarətdir ki, adıçəkilən fərmanda əks olunan güzəştlərdən yararlanacaq fiziki şəxs sistemə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilər.
Portalla bağlı daha ətraflı məlumatı pk.fimsa.az internet səhifəsində daxil olmaqla əldə etmək mümkündür.