...

"Rabitəbank"ın əməkhaqqı və kartmane kartlarına mədaxil 0% komissiya!

İqtisadiyyat Materials 11 Aprel 2019 10:00 (UTC +04:00)
"Rabitəbank"ın əməkhaqqı və kartmane kart məhsulları üzrə hesaba mədaxil əməliyyatları 0% komissiya ilə tətbiq edilir.
"Rabitəbank"ın əməkhaqqı və kartmane kartlarına mədaxil 0% komissiya!

Bakı. Trend:

"Rabitəbank"ın əməkhaqqı və kartmane kart məhsulları üzrə hesaba mədaxil əməliyyatları 0% komissiya ilə tətbiq edilir.

"Rabitəbank", müştərilərinin məmnuniyyəti istiqamətində, daha bir addım ataraq, bütün kart məhsulları üzrə hesaba mədaxil əməliyyatlarını komissiya faizləri tutmadan həyata keçirməyə başladı.

Müştərilər, "Rabitəbank" kartı və hesabından, həmçinin digər bank hesablarından, "Rabitəbank"ın əməkhaqqı, kartmane və digər kartlarına 0% komissiya ilə vəsaitlərini mədaxil edə bilərlər.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank", 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti