...

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 24 May 2019 12:04 (UTC +04:00)
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir.
DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti