...

PAŞA Bank "Monex Caspian Sammiti"ndə iştirak etdi (FOTO)

İqtisadiyyat Materials 31 May 2019 10:07 (UTC +04:00)
PAŞA Bank 30 may tarixində Bakıda təşkil olunmuş "Monex Caspian" sammitində iştirak edib.
PAŞA Bank "Monex Caspian Sammiti"ndə iştirak etdi (FOTO)

Bakı. Trend:

PAŞA Bank 30 may tarixində Bakıda təşkil olunmuş "Monex Caspian" sammitində iştirak edib.

Hər il maliyyə sektorunun aparıcı ekspertlərinin bir araya gəldiyi konfransda bu dəfə iştirakçılar tərəfindən aparılan əsas müzakirələr bank sektorunun inkişafında müasir tendensiyalar, bank məhsulları və xidmətlərinin rəqəmsallaşdırılması, ödəniş xidmətlərində innovativ texnologiyaların tətbiqi və s. kimi mövzular ətrafında qurulub.

Tədbir əsnasında yerli və xarici ekspertlər elektron ticarətin inkişafı, investisiya mühitinin gücləndirilməsi, fintek şirkətlərinin müasir bazardakı rolu, texnoloji dəyişikliklər fonunda təşkilatların transformasiyası, “blockchain” texnologiyalarının inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti