...

Nazir müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

İqtisadiyyat Materials 11 İyun 2019 10:54 (UTC +04:00)
İyunun 13-də Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.
Nazir müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

Bakı. Trend:

İyunun 13-də Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Trend-in məlumatına görə, forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək.

Nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti