...

Azərbaycana külli miqdarda balıq kürüsünün qanunsuz gətirilməsinin qarşısı alınıb (FOTO)

İqtisadiyyat Materials 19 İyul 2019 15:38 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Azərbaycana külli miqdarda balıq kürüsünün qanunsuz gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsvir görünüb.

Yoxlama zamanı, vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş iri həcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti