...

BFB: Repo əməliyyatlarında rekord göstərici qeydə alınıb

İqtisadiyyat Materials 19 İyul 2019 20:48 (UTC +04:00)
15 iyul 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 mln. manat məbləğində repo əməliyyatı baş tutub.
BFB: Repo əməliyyatlarında rekord göstərici qeydə alınıb

Bakı. Trend:

15 iyul 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 mln. manat məbləğində repo əməliyyatı baş tutub. Bu nəticə 2014-cü ildən BFB-nin ticarət sistemində bir gün üzrə aparılan repo əməliyyatları üzrə rekord göstəricidir. Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə repo əməliyyatlarının ümumi məbləği 437.8 mln. manat təşkil edib.

BFB-dən Trend-ə bildirilib ki, repo əməliyyatlarında son iki il ərzində əhəmiyyətli artım tempi müşahidə olunub. Belə ki, 2017-ci ilin birinci yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat, 2018-ci ilin eyni dövrə üzrə bu göstərici 466,2 mln. manat olub.

Repo predmeti kimi Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə də repo əqdləri həyata keçirilib. Belə ki, 2019-cu ilin ilk yarımili üzrə dövlət istiqrazlarının payı 60.7% (265,7 mln. manat), Mərkəzi Bankın notlarının payı 37.7% (165,2 mln. manat), ARDNŞ istiqrazların payı isə 1.6% (4,1 mln. ABŞ dolları) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti