...

Xalq Bank yarımilə yekun vurdu: bütün göstəricilər üzrə sabit artım

İqtisadiyyat Materials 29 İyul 2019 14:13 (UTC +04:00)
2019-cu ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
Xalq Bank yarımilə yekun vurdu: bütün göstəricilər üzrə sabit artım

Bakı. Trend:

2019-cu ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2019-cu ilin altı ayı ərzində 6.33% artaraq 2,135.27 mln manat təşkil edib. Kredit portfelinin həcmi 2018-ci ilin sonu ilə müqayisədə 10.13% artaraq 1,522.64 mln manata çatıb. Bu ölkənin bank sektorunda ən yüksək göstəricilərdən biridir.

Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı 399.24 mln manat, nizamnamə kapitalı isə 139.69 mln manat artırılaraq 364.77 mln manata çatdırılmışdır. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 10.35% artaraq 1,389.81 mln manata çatıb. Bank I yarımilliyi 15.66 mln manat xalis mənfəətlə başa vurub, bu göstərici üzrə Xalq Bank ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% artıma nail olub.

Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu təsdiqləyir və bankın mövqeyini daha da möhkəmləndirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti