...

Nazir müavini: Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla vergidən yayınmağa şərait yaradırlar

İqtisadiyyat Materials 3 Avqust 2019 14:35 (UTC +04:00)
Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar.
Nazir müavini: Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla vergidən yayınmağa şərait yaradırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Xaçmazda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş tədbirdə deyib.

Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən amillərdən biridir:

Bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verən S.Ələkbərov vurğulayıb ki, əsas məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, digər aidiyyatı dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir:

"Çünki real vəziyyəti bilmədən və düzgün dəyərləndirmədən real hədəflərin müəyyən olunması və həmin hədəflərə çatmaqda ciddi problemlər ortaya çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti