...

Qonşu ölkənin xarici borcları nə qədərdir?

İqtisadiyyat Materials 1 Sentyabr 2019 13:39 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın xarici borcları (İran təqvimi 21 mart 2019-dan başlayaraq) 3 ayda (21 mart – 22 iyun) ötən ilin analoji dövrü ilə müqayisədə 7% azalıb.

Trend-in məlumatına görə, bu göstərici İran Mərkəzi Bankının hesabatında öz əksini tapıb.

İran Mərkəzi Bankının məlumatına əsasən 3-cü ayın sonunda İranın xarici borcu 8,678 milyard dollar olub.

Hesabata əsasən, həmin borcun 6,969 milyard dolları orta və uzunmüddətli, 1,708 milyard dolları isə qısa müddətli borclardır.

Mərkəzi Bankın məlumatına görə, İranın xarici borcları 2-ci ayın sonunda isə (21 mayadək) 8,816 milyard dollar təşkil edib.

Qeyd edək ki, İranın xarici borcları 21 mart 2018-dək 9,339 milyard dollar olub.

Xəbər lenti

Xəbər lenti