...

Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb

İqtisadiyyat Materials 2 Sentyabr 2019 21:04 (UTC +04:00)
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend-in məlumatına görə, bu barədə "İxrac İcmalı"nda məlumat verilib. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu il ölkəyə gələnlərin sayı 7,4 faiz çox olub.

Cari ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq, onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, həmin ayda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyəri 134,6 milyon manat təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz çoxdur.

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 725,4 mil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti