Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO)

Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

Agentlikdən Trend-ə bildirilib ki, Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 km, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 km-dir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Avtomobil yolları uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yenidənqurma çərçivəsində sadalanan problemlər aradan qaldırılıb.

Layihəyə uyğun olaraq yollar boyu köhnə örtüyün sökülməsi, deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yataqlarının inşası, daha sonra yol əsaslarının alt laylarının karxana çınqılı, üst laylarının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.

Avtomobil yolları üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə ümumilkdə 1290 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.

Daha sonra yola 2 qat olmaqla, laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüklərinin alt laylarının iri dənəli, üst laylarının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Həmçinin yollar boyu mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması işləri görülüb.

Tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yol boyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılan yenidənqurma işləri nəticəsində 17 yaşayış məntəqəsinin 25 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə və respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil, ordan da M4 Bakı-Şamaxı-Yevlax, həmçinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların respublikanın istənilən istiqamətinə gediş-gəlişi təmin olunub. Ən əsası Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının yenidən qurulması ilə yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılır ki, bu da öz növbəsində vətəndaşların sosial rifah halına müsbət təsir edir.

Mərkəzi Bank 100 milyon manat cəlb edib
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir
VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir
Loading Bars
Xəbər lenti
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Bakıda mənzildən meyit tapılıb
Zaqatalada "VAZ" yanıb
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Arktikada ağ ayılar sayılacaq
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bir il ərzində müsadirə edilmiş narkotik maddələrin həcmi açıqlanıb
"TRT Avaz"ın Beynəlxalq Muğam Mərkəzindən canlı efiri (VİDEO)
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)
Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb
Azərbaycanla Britaniya arasında yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə edilib
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)
AQTA-nın laboratoriyaları koronavirusla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib (FOTO)
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi yad edildi (FOTO)
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Rusiya səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)
İranda koronavirusa görə universitetlәrdә dәrslәr dayandırıldı
Dövlət Turizm Agentliyi koronavirusa görə vətəndaşlara və turoperatorlara müraciət edib
Azərbaycanda ÜDM 2,4 faiz artıb
Avstraliya çimərliyində qeyri-adi məxluq aşkar edildi
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub (FOTO)
Azərbaycanda ad gününü fevralın 29-da qeyd edənlər - STATİSTİKA
Bakıda işıqforların fəaliyyəti bərpa olunub
Baş infeksionist: Koronavirus qripin bir növüdür, insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar (FOTO)
Prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir (FOTO)
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Aydın Mirzəzadə: Azərbaycan və Türkiyə eyni ab-hava ilə nəfəs alırlar
Ombudsman Aparatının əməkdaşların USAID və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb
Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı saxlanılan var (ƏLAVƏ OLUNUB)
Rumıniyanın "Cənub Qaz Dəhlizi"nə qoşulma imkanları müzakirə edilib (FOTO)
Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir
İranın vitse-prezidenti koronavirusa yoluxdu
İran və Rusiya gömrük əməkdaşlıqları konfransı ləğv edildi
Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb
"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı
Çili ilə əməkdaşlıq müzakirə olunub
İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib (FOTO)
TƏBİB Astarada koronavirusla bağlı yayılan videoya münasibət bildirdi
Metroda qatarların fəaliyyəti bərpa edildi
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanın ixrac imkanlarını artıracaq
DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO)
Fevralın 28-nə manatın məzənnəsi
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
Metrodakı sərnişin sıxlığına görə əlavə avtobuslar cəlb edilir - BNA
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunur (ƏLAVƏ OLUNUB)
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
Ekologiya və Təbii Sərvətlər naziri Kağızın təkrar emalı fabrikində olub (FOTO)
Ödənişli ictimai işlərə nəzarət gücləndirilir
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)
Bakıda elektrik enerjisinin verilişi dayandı
Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir
"Azərişıq" sayğaclara müdaxilə halları aşkarladı
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO) (YENİLƏNİB)
Türkiyədə sərnişin gəmisi saya oturdu
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub (FOTO)
Xəzərdə zəlzələ olub
Taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıb
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM
Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır (FOTO)
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb (VİDEO)
Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib
Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb
Baş prokurorun müavini Neftçalada sakinləri qəbul edəcək
Bolqarıstanlı ekspert: Ovçular ova qənimət kimi deyil, istirahət kimi baxmalıdırlar
Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində assosiasiya yaradıla bilər
İndoneziya Parlamentində Xocalı Soyqırımını qınayan bəyanat imzalanıb
İranda yeni koronavirus nəticəsində ölənlərin sayı 26-ya yüksəlib
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi
Bərham Saleh Prezident İlham Əliyevi təbrik edib
Müəllimlərin işə qəbulu üçün müsabiqəyə start verilir
Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb (FOTO)
Azərbaycanda yaradıcılıq və mədəniyyət sahələrində geniş sahibkarlıq potensialı var
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı (VİDEO)
Bakıda ağır yol qəzası: 3 nəfər öldü, 1 nəfər yaralandı
Azərbaycanda ov mövsümü başa çatır
Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb
FHN rəsmisi: Bəzən yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir
Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub
FHN Azərbaycanda yanğınların ən çox baş verdiyi yerləri açıqladı
Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışıb (FOTO)
İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər (FOTO)
Bakıda İƏT-in Gənclər və İdman nazirlərinin daimi Şurasının iclası keçirilib
Qaxda "VAZ" 69 yaşlı kişinin həyatına son qoydu
Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq
İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma (FOTO)
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
AQTA-dan koronavirusla bağlı zəruri tövsiyələr
Polisə silahlı müqavimət göstərən Bakı sakini Mingəçevirdə güllələndi
İran parlamentinin komitə sədri koronavirusa yoluxdu
Sabah 19 dərəcə isti olacaq
Bakıda 15-ə yaxın çadır quraşdırıldı - Novruzla əlaqədar
Bütün xəbərlər