...

Azərbaycanda rəqəmsal reklam qurğuları istehsal olunacaq (FOTO)

İqtisadiyyat Materials 11 Sentyabr 2019 17:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun başçılığı ilə Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ADRA-dan Trend-ə verilən məlumata görə, görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.

Bu məqsədlə şirkət ölkəmizə ilkin mərhələdə 3 milyon dollar dəyərində investisiya yatırmaq niyyətindədir. Ölkəmizdə müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaqdır.

Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.

Qeyd edək ki, Çinin Led monitorlar istehsal edən “Shenzhen GCL Electronics CO LTD” şirkəti dünyada məşhur layihələri ilə - 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kuboku və Şanxayda baş tutan EXPO sərgisi, 2014-cü ildə reallaşan Çin-Asiya EXPO sərgisi, eləcə də 2015-ci ildə Milan-da təşkil edilən EXPO sərgisini həyata keçirməklə tanınır. Şirkət indiyədək dünya miqyasında 10000-dən artıq LED monitor layihələrini uğurla tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti