Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır (FOTO)

Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Dövlət himni səsləndikdən sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, 2019/2020-ci tədris ilində yüksək balla BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Rektor qeyd edib ki, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il Ali Məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb.

Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.

Elmar Qasımov I qrup üzrə keçirilmiş test imtahanlarında ən yüksək bal toplayan tələbələrin BANM-i seçməsinin artıq ənənə halını almasını xüsusi vurğulayıb.

“Bizim Ali Məktəbi bitirən bütün məzunlar işlə təmin olunur. Onlar SOCAR-ın bir çox müəssisələrində, o cümlədən, Türkiyədə PETKİM və STAR zavodlarında, BP, Maire Technimont Group, Halliburton və digər transmilli şirkətlərdə çalışırlar. Eyni zamanda, dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar”. - deyə E.Qasımov bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. O, bildirib: “Bakı Ali Neft Məktəbi cəmi 7 ildir, fəaliyyət göstərir. Bu qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutmuş, ölkə gənclərinin dərin hüsn-rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, bu ilki tələbə qəbulu imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqüdünə layiq görülmüş 23 tələbə üstünlüyü Bakı Ali Neft Məktəbinə vermişdir. Bu məktəb, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə açılışını etdiyimiz bu möhtəşəm kampus Azərbaycan tarixinin yeni dövrünün nailiyyətlərini təzahür etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnoloji biliklərə sahib ingilisdilli neftçi mütəxəssislərin hazırlanması istiqamətində qarşıya qoyduğu hədəflərə uyğun olaraq bu gün Bakı Ali Neft Məktəbində beynəlxalq təhsil konsepsiyasına uyğun tədris və təhsil mühiti formalaşdırılıb”.

Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində, bu gün Bakı Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib.

“Möhtərəm Prezidentimizin tapşırığı ilə yaradılan BANM beynəlxalq proqramlar əsasında, eləcə də Avropada mühəndis hazırlığına dair laborator və digər təcrübi avadanlıqlarla təchiz olunan komplektləşmiş bir elm təhsil ocağı kimi uğurla fəaliyyət göstərir”.

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında I qrup üzrə ən yüksək bal (690.5 bal) toplayan BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını seçən Əsmər Hacızadə bildirib ki, əsas məqsədi ixtisası üzrə peşəkar mütəxəssis kimi ölkəmizə faydalı olmaqdır. O, hədəfinə nail olmaq üçün Bakı Ali Neft Məktəbinin düzgün ünvan olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbi və BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun proqramı əsasında həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BANM-ə qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinma azərbayan dilində tədbir iştirakçılarını salamlayıb, bu Ali Məktəbdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.

Bu il əkiz oğlanları Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Namiq Azadlı çıxış edərək, oğlanları Rəşad və Rəşidlə yanaşı, yüksək bal toplamış bütün gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib. O, övladlarının da onun yolunu davam etdirərək, neft-qaz sahəsinə maraq göstərməsindən və Bakı Ali Neft Məktəbini seçməsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Rəşad Azadlı Prezident təqaüdünə layiq görülüb.

Məzunlar adından çıxış edən 2019-cu il Kimya mühəndisliyi məzunlarından, hazırda SOCAR Türkiyədə İstehsalat mühəndisi vəzifəsində çalışan Orxan Əlizadə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq edərək, BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsində əvəzsiz rolunu qeyd edib.

Sonra 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim olunub.

Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Loading Bars
Xəbər lenti
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Bütün xəbərlər