...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 25 Sentyabr 2019 20:03 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

Sentyabrın 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102376S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 521 milyon 21 min 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN olub. Notlar oktyabrın 24-də ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti