...

Statistika Komitəsinin sədri: ÜDM-də qeyri-neft sektorunun həcmi 2,8 dəfə artıb

İqtisadiyyat Materials 1 Oktyabr 2019 15:34 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi 2,8 dəfə artıb
Statistika Komitəsinin sədri: ÜDM-də qeyri-neft sektorunun həcmi 2,8 dəfə artıb

Bakı. Mətanət Nəsibova - Trend:

Son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi 2,8 dəfə artıb, həmin dövrdə ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi isə 3 dəfədən çox artıb.

Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin dövrdə müxtəlif istehsal sahələrində müsbət tendensiyalar müşahidə olunub:

“Sənaye istehsalatı sahəsində ÜDM 2,6 dəfə, neft-qaz sahəsində 2,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfədən çox, tikinti-quraşdırma işlərinə yönəlmiş vəsaitlərin həcmi 4,6 dəfə artıb. Yük daşımalarında 2,1 dəfə, sərnişin daşımalarında 2,2 dəfə artım müşahidə olunub. Rabitə və informasiya sahəsində xidmətlərin həcmi 12,3 dəfə artıb”.

T.Budaqov əlavə edib ki, 10 il ərzində dövlət büdcəsinin gəlirləri və xərcləri 8,14 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların bank əmanətləri 9,2 dəfə, iqtisadiyyatın kreditləşməsi 19,4 dəfə artıb. Həmçinin vətəndaşların orta əmək haqqı 7 dəfə, pensiyaları 6,3 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti