Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə: Əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır

Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə: Əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır

Bakı. Trend:

Son illər ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün banklar yeniliklər təqdim edir. Ölkənin birinci bankı olan Kapital Bank da bu tendensiyadan geri qalmır və geniş çeşidli bank xidmətləri və məhsullarla sahibkarlara dəstək göstərmiş olur. Kapital Bank-da olan bu kimi yeniliklər barədə məlumat almaq üçün Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə ilə söhbət etdik.

- Fərid müəllim, son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Bu sahəyə Kapital Bank da öz töhfəsini verir. Bəs sahibkarlar niyə məhz Kapital Bank-ı seçməlidirlər?

- Bir müddət əvvəl Kapital Bank kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start verib və layihənin icrasını tam sürətlə davam etdirir. Layihənin əsas məqsədi ölkə üzrə sahibkarlara bankın yeniliklərini, hazırladığı daha müasir, qeyri-ənənəvi məhsullarını təqdim etməkdir. Müştərilərimiz artıq bir sıra yeni məhsullardan istifadə edir və yaxın gələcəkdə daha bir neçə yeni məhsul sahibkarların ixtiyarına veriləcək. Belə ki, artıq kiçik və orta sahibkarlar, Azərbaycan bank bazarı üçün yeni sayılan tarif paketləri, biznes overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq imkanı) məhsulları və smart kassalardan istifadə edirlər. Bu məhsullar yaradılarkən müştərilərimizin tələb və maraqları nəzərə alınıb, onların bank xərclərinin daha optimal şəkildə idarə etmələrinə, qısamüddətli maliyyə ehtiyaclarının qarşılanmasına, ölkə iqtisadiyyatına daha böyük töhfələr qazandırılmasına təkan verəcək.

- Sadaladığınız məhsullar nə kimi üstünlüklərə malikdirlər?

- Tarif paketləri bank əməliyyatlarının yerinə yetirilməsi zamanı sahibkarların çəkdiyi bank xərclərinə nəzarət etməsi və xərclərin daha optimal şəkildə idarə olunması üçün əlverişli həll üsuludur. Tarif paketlərinin hər hansı bir növündən istifadə edən sahibkar, yerinə yetirdiyi bank əməliyyatlarının həcmindən asılı olaraq çəkəcəyi xərclərin məbləğini nəinki əvvəlcədən müəyyən edir, hətta uyğun olan tarif paketini özü seçə bilir. Hazırda Kapital Bank-da sahibkarlara əməliyyatlarının həcmindən və əməliyyat növlərinin müxtəlifliyindən asılı olaraq “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” kimi tarif paketləri təklif olunur. Daha çox ölkə daxili köçürmələr edən sahibkarlar öz əməliyyatlarının həcminə uyğun olaraq “Təməl” və “Uğur” paketlərindən istifadə edə bilərlərsə, ölkə xarici köçürmələrdən istifadə edənlər isə əməliyyat dövriyyəsinin həcmindən asılı olaraq “İnkişaf” və “Zirvə” paketlərindən yararlana bilərlər. Tarif paketlərindən istifadə edən sahibkarlar standart bank tariflərinə nisbətdə 75%-ə qədər endirim əldə etməklə yanaşı, bir çox bank əməliyyatları və məhsullarından pulsuz istifadə etmək kimi üstünlüklər əldə edirlər.

Bu il hüquqi şəxslərin və fərdi sahibkarların qısa müddətli maliyyə ehtiyaclarının qarşılanması məqsədilə biznes overdraft məhsulu müştərilərə təqdim edilib. Sahibkarlar öz bank dövriyyələrinin 30%-nə qədər hissəsindən overdraft olaraq istifadə edə və məhsuldan bəhrələnən təxirə salınmaz ödənişlərin maliyyələşdirilməsi tez və çevik şəkildə reallaşdırıla bilər. Qeyd edim ki, overdarft məhsulu girovsuz olaraq təklif olunur.

Daha əvvəl qeyd etdiyim kimi Kapital Bank yeni nəsil smart kassa cihazlarını da sahibkarların istifadəsinə verib. Yeni nəsil kassalar özündə kassa aparatının funksiyaları ilə yanaşı, POS terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri birləşdirir. Yeni nəsil kassalar ödəniş kartı olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbulu, ekranda müştərinin imza atması və imzanın çekdə əks olunması, Barcode və QRCode-ların skan olunması və digər funksiyaları ilə seçilirlər. Bundan əlavə olaraq, smart kassalar müştərilərə dərhal cashback, millər və BirBank tətbiqində ürəklər qazandırmaqla yanaşı, ödənişlərini taksitlərə bölməklə həyata keçirmək imkanı verəcək. Xatırladaq ki, bu gün Kapital Bank-ın BirKart taksit kartından istifadə edən 400 000 nəfərdən çox müştəri vardır və bu istehlakçılar sahibkarların quraşdırdığı smart kassaların potensial istifadəsinə çevrilmiş olur. Smart kassaların imkanlarından biri isə, gələcəkdə onların Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiyası nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanının olmasıdır. Bu cihazların daha bir əhəmiyyətli üstünlüyü onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.

- Müştəri Bank sistemi vasitəsilə sahibkarlar nələr əldə edirlər?

- Hazırda sahibkarların banka gəlmədən bank xidmətlərindən istifadə etməsi məqsədilə Kapital Bank bütün sahibkarların Müştəri Bank – internet bankçılıq sisteminə qoşulmasını təşviq edir. Müştəri Bank vasitəsi ilə sahibkarlar həftənin 7 günü, günün 24 saatı fasiləsiz olaraq, öz hesablarlarına nəzarət etmək, köçürmələr və bir sıra digər əməliyyatların icrasını da həyata keçirmək imkanını əldə edirlər. Son günlərdə yeni təqdim edilən, əmək haqqı kartlarının sifarişi və banka gəlmədən ölkə xaricinə köçürmə əməliyyatlarını istifadə etmək kimi əməliyyatları da Müştəri Bank vasitəsilə etmək olar. Məlumat üçün bildirim ki, Müştəri Bank-ın ən əsas özəlliklərindən biri də əməliyyatların əksər hissəsinin ani təsdiq ilə həyata keçməsidir. Yaxın günlərdə həmçinin Hökumət Ödəniş Portalının ödənişləri və əmək haqqı layihəsinə onlayn qoşulmaq imkanı da müştərilərin istifadəsinə təqdim edilib.

- Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar hara müraciət etməlidirlər?

- Təbii ki, bizimlə işləmək istəyən sahibkarlar bankın istənilən filialına müraciət edə bilər. Lakin bundan başqa Gənclik, Xətai, Səbail, Nəsimi, 28 may filialları nəzdində KOS biznes mərkəzlərimiz fəaliyyət göstərir. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda sahibkarların daha çox cəmləşdiyi böyük məkanda, daha konkret desək, Binə ticarət mərkəzində yeni şöbəmiz fəaliyyətə başlayıb. Yaxın günlərdə isə Sədərək ticarət mərkəzində də yeni filialımızın açılışı baş tutacaq. Bu filialları açmaqda məqsədimiz sahibkarlara vahid bir mərkəzdə - “bir pəncərə” metodu ilə xidmət göstərməkdir. Hazırda ənənəvi bank məsulları ilə yanaşı, qanunvericiliklə bağlı hüquqi konsultasıya kimi sahibkarları maarifləndirmə istiqamətində də tədbirlər keçirilməkdədir.

- Gələcəkdə sahibkarları hansı yeniləklər gözləyir?

- Gözlənilən yeniliklərə misal olaraq, yaxın gələcəkdə, sahibkarlar üçün nəzərdə tutulan mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır. Yeni tətbiq sahibkarlara hesabları üzrə əməliyyatların icrası və izlənilməsini smartfonlarından idarə etmək imkanı verəcək.

İstifadəyə verilməsi planlaşdırılan yeniliklər sırasında, yeni biznes kartın, həmçinin onlayn mühasibatlıq imkanının yaradılmasını qeyd edə bilərəm. Bir sözlə, əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır.

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Türkiyədən Azərbaycana polad ixracı artıb
Türkiyədən Azərbaycana polad ixracı artıb
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Loading Bars
Xəbər lenti
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Bütün xəbərlər