...

PwC-nin gəlirləri 7% artaraq, 42.4 milyard dollara çatıb

İqtisadiyyat Materials 18 Oktyabr 2019 17:29 (UTC +04:00)
Hədəf bütün əsas bazarlarda və biznes sahələrində gəlir artımını təmin etməkdir.
PwC-nin gəlirləri 7% artaraq, 42.4 milyard dollara çatıb

Bakı. Trend:

PwC-nin gəlirləri 7% artaraq, 42.4 milyard dollara çatıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Hədəfimiz bütün əsas bazarlarda və biznes sahələrində gəlir artımını təmin etməkdir
25,000 yeni iş yeri yaradılmış və ümumi işçi sayı 276,000 nəfərə çatmışdır
İşçilərimizin peşəkar inkişafı, yeni texnologiyaların işlənib hazırlanması və müştərilərimizə və cəmiyyətə tətbiq edilməsinə 3 milyard ABŞ dolları investisiya ayrılacaq
Hökumətlər, şirkətlər və QHT-lərlə əməkdaşlığımız sayəsində peşəkar bilik çatışmazlıqlarını aradan qaldırmaq və milyonlarla insana dəstək göstərməkdə qərarlıyıq
Auditin keyfiyyətini artırmaq üçün xidmət göstərdiyimiz bütün sahələrdə işimizin keyfiyyətinin yüksəldilməsinə davamlı investisiya edirik
Dünyada bulud texnologiyalarını daha çox tətbiq edən təşkilatlardan biri olmaq üçün texnologiyaya əhəmiyyətli investisiyalar yatırırıq

30 iyun 2019-cu il tarixində başa çatan il üzrə PwC beynəlxalq şəbəkəsinə üzv olan şirkətlərin gəlirləri yerli valyutada 7% və ABŞ dollarında 4% artaraq ümumi 42.4 milyard ABŞ dolları təşkil etmişdir. Gəlir artımı fəaliyyət göstərdiyimiz bütün sahələrdə və böyük bazarlarda müşahidə edilmişdir ki, bu da xidmətlərimizin keyfiyyətinin daim yaxşılaşdırılması, işimizdə yeni texnologiyaların tətbiqi və işçilərimizin peşəkar inkişafının göstəricisidir.

2019-cu maliyyə ilində PwC şəbəkəsində çalışan işçilərin ümumi sayı 10% artaraq 276,005 nəfər təşkil etmişdir. Biz əvvəlki illərdə olduğu kimi, 157 ölkənin 742 şəhərində 1,008 ofisə malik olmaqla, geniş coğrafiyanı əhatə edirik. 2019-cu maliyyə ilində PwC şəbəkəsi daxilində 69,734 nəfər, o cümlədən 38,053 universitet məzunu və 26,749 nəfər təcrübəli mütəxəssis işə götürülmüşdür. 1 iyul 2019-cu il tarixində PwC qlobal şəbəkəsinə 760 yeni partnyor qəbul edilmidşir. PwC şəbəkəsində partnyorlar arasında qadın əməkdaşlarımızın sayının 2006-cı ilə nisbətən 13% artaraq 2019-cu ildə 21%-ə çatmasına baxmayaraq, partnyorlar arasında gender bərabərliyini təmin etmək üçün hələ görüləcək çox işlər var.

“Dünyada və Azərbaycanda şirkətlərin üzləşdiyi ən aktual problemlərdən biri də insanların mövcud bacarıqları və rəqəmsal dövr üçün tələb olunan biliklər arasında artan uyğunsuzluğun nəzərə çarpmasıdır. Təşkilatların, hökumətlərin və təhsil işçilərinin bu problemi birlikdə həll etməsinə böyük zərurət yaranmışdır və bu işdə biznes mühüm rol oynayır. Növbəti dörd il ərzində biz bütün dünyada işçilərimizin peşəkar inkişafına, ilk növbədə işçilərimiz üçün təlimlərin keçirilməsinə, eyni zamanda yeni texnologiyaların işlənib hazırlanması və müştərilərimiz və cəmiyyətə tətbiq edilməsinə 3 milyard ABŞ dolları sərmayə yatırılmasını planlaşdırırıq. Azərbaycanda biz də bu təşəbbüsə qoşuluruq”- PwC Azərbaycanın ölkə üzrə İdarəedici Partnyoru, Mövlan Paşayev öz açıqlamasında bildirdi.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 276,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Ətraflı məlumat üçün www.pwc.com saytına daxil olun.

"PwC" dedikdə PwC şəbəkəsi və/və ya PwC şəbəkəsinə daxil olan və hər biri ayrıca hüquqi şəxs olan bir və ya bir neçə şirkət nəzərdə tutulur. Ətraflı məlumat üçün www.pwc.com/structure saytına daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti