...

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

İqtisadiyyat Materials 29 Oktyabr 2019 14:46 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.
KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, kənd sakinləri agentliyin Qusar “KOB Dostu”na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcək.

Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti