...

Bu rayonlarda qazın verilişi dayandırılacaq

İqtisadiyyat Materials 31 Oktyabr 2019 13:10 (UTC +04:00)
Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur.
Bu rayonlarda qazın verilişi dayandırılacaq

Bakı. Samir Əli - Trend:

Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur.

“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdirilir, yeni qaz tənzimləyicisi quraşdırılır, aşkarlanan qaz sızmaları aradan qaldırılır.

Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti