...

Bakı Fond Birjasında repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

İqtisadiyyat Materials 1 Noyabr 2019 11:49 (UTC +04:00)
“Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin təsdiqlənməsi ilə repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.
Bakı Fond Birjasında repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

Trend-i buradan izləyin

Bakı. Trend:

“Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin təsdiqlənməsi ilə repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.

Bakı Fond Birjasından Trend-ə bildirilib ki, dəyişikliklərdən sonra qurumun əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlar repo predmeti kimi istifadə olunması mümkün olub.

Noyabrın 1-dən etibarən Bakı Fond Birjasında repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minib. Siyahı Bakı Fond Birjasının internet səhifəsində “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti