...

“Mastercard” jurnalistlər üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi (FOTO)

İqtisadiyyat Materials 5 Noyabr 2019 15:15 (UTC +04:00)
“Mastercard” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə media nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi.
“Mastercard” jurnalistlər üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi (FOTO)

Bakı. Trend:

“Mastercard” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə media nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirdi.

Media təlimdə “Mastercard”ın ekspertləri Mithat Perkoz və Murat Durmaz rəqəmsal ödənişlər və innovativ texnologiyalar, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və bu sahədə təhlükəsizlik, həmçinin innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlarla çıxış etdilər.

Təlimin sonunda seminara qatılmış 30-a yaxın jurnalistə şirkət tərəfindən sertifikatlar təqdim olundu.

Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə təşkil olunan “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilib. “Nağdsız Cəmiyyət Günləri”nin məqsədi nağdsız ödənişlər barədə ictimai məlumatlılığın artırılması və insanların nağdsız ödənişlərə marağının genişləndirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti