...

Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

İqtisadiyyat Materials 14 Noyabr 2019 13:50 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər əhatəsinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti