...

"Aquavita" ticarət markası "Azerbaijan Fashion Week" komandasını təbii mineral suları ilə təmin edərək dəstəkləyib (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2019 11:00 (UTC +04:00)
"Aquavita" ticarət markası "Azerbaijan Fashion Week" komandasını təbii mineral suları ilə təmin edərək dəstəkləyib
"Aquavita" ticarət markası "Azerbaijan Fashion Week" komandasını təbii mineral suları ilə təmin edərək dəstəkləyib (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən yüksək dəb həftəsi Azerbaijan Fashion Week 10-cu yubiley mövsümü başa çatdı. AFW-nin artıq ənənəvi məkanına çevrilmiş Daş Salnamə muzeyində hər zamankı kimi dünyanın ən maraqlı və cəlbedici adları seçilmiş tamaşaçılara təqdim olunmuşdu.

Qeyd etmək lazımdır ki, Azerbaijan Fashion Week artıq bir çox dizaynerlər, alıcılar, dəb dünyasında əmək verənlər, yerli və xarici jurnalistlər və, həmçinin, dəblə geyinməyi sevənləri bir yerə toplayan platformaya çevrilmişdir. Ötən 10 mövsüm ərzində Azerbaijan Fashion Week ölkəmizin ən böyük dəb hadisəsi kimi öz adını qoruyub saxlaya bilmişdir.

«Aquavita» markası ənənəyə sadiq qalaraq daimi partnyor kimi tədbirdə iştirak etmişdir. Artıq uzun illərdir ki, "Aquavita" sağlam həyat tərzini dəstəkləyir və bir çox ictimai və idman tədbirlərinə partnyorluq edir. Gün ərzində bir neçə saat məşq edən Azerbaijan Fashion Week modelləri təbii suya ehtiyac duyurlar. İdeal balanslaşdırılmış, unikal tərkibə malik "Aquavita" suları orqanizmi lazımlı minerallarla zənginləşdirərək onu tonusda saxlamağa imkan verir.

Yüksək keyfiyyətə, mükəmməl dada və unikal mineral tərkibə malik "Aquavita" suları istehlakçıya olduğu kimi, təbiətin onu yaratdığı halında, təbii mineral tərikibi qorunub saxlanılaraq çatdırılır. Məhz bu xüsusiyyət "Aquavita"nı yerli bazarda olan digər sulardan fərqləndirir.

«Aquavita» işdə, istirahətdə və idman məşğuliyyəti zamanı əvəzolunmazdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti