...

Azərbaycan İordaniya və Qazaxıstanla nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2019 17:40 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimlər Krallığının və Qazaxıstanın Azərbaycandakı səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə baş tutan görüşdə hər iki ölkə ilə Azərbaycan Respublikası arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş xüsusilə, tanışlıq xarakteri daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti