...

İƏT ölkələri böyük iqtisadi potensiala malikdir

İqtisadiyyat Materials 4 Dekabr 2019 13:36 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri böyük iqtisadi potensiala malikdir və dünya bazarında vacib yerlər tuta bilər
İƏT ölkələri böyük iqtisadi potensiala malikdir

Bakı. Nərgiz İsmayılova - Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri böyük iqtisadi potensiala malikdir və dünya bazarında vacib yerlər tuta bilər.

Trend-in məlumatına görə, bunu İƏT-in baş katibinin müavini Seyid Yəhya Mohlagi İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, bəzi İƏT ölkələrində kənd təsərrüfatı sahəsi kifayət qədər inkişaf etməyi, ərzaq problemlərinin artımı müşahidə olunur, bununla əlaqədar olaraq hökumətlər kənd təsərrüfatının rolunu artırmalıdır:

“Regionda kənd təsərrüfatının inkişafı üçün müvafiq texnologiyalar tətbiq etmək, kənd yerlərində investisiyaları artırmaq, torpağın deqradasiyasının qarşısının alınması üçün tədbirlər görmək lazımdır. Bizim gələcək layihələrimiz maliyyə-texniki planlaşdırmaya əsaslanmalıdır. Əminəm ki, birgə işləyərək kənd təsərrüfatının sürətli inkişafına nail olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti