Vergilər Nazirliyində mətbuat konfransı keçirilib (FOTO)

Vergilər Nazirliyində mətbuat konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 27-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransı açan Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Vurğulanıb ki, ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib.

Sonra Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

S.Musayeva ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti - əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə etdiyini bildirib.

Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, vergi ödəyicilərinin xeyli hissəsi bu dəyişikliyə qədər mövcud olan qaydanın onlara inzibatçılığın qurulmasında müəyyən çətinliklər yaratdığı və əlavə maliyyə yükü ilə üzləşdikləri ilə bağlı məsələ qaldırmışdılar. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə - elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin daha çevik qaydada tənzimlənməsi ilə bağlı dəyişikliklər edilib.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir.

Qanunvericilikdə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı da bir sıra dəyişiklikləri edilib. Sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması məhz sahibkarların vergi yükünün azalması ilə nəticələnəcəkdir.

Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin optimallaşdırılması, tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə olunması və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi kimi dəyişikliklər isə vergitutma bazasının genişləndirilməsi məqsədini daşıyır.

Qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verən S.Musayeva bildirib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisələr tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməlidir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycanda turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq
Azərbaycanda turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq
Turizm Bürosunun direktoru: Rusiya Azərbaycan üçün ən prioritet bazarlardan biridir
Turizm Bürosunun direktoru: Rusiya Azərbaycan üçün ən prioritet bazarlardan biridir
“Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir
“Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir
Loading Bars
Xəbər lenti
Fransanın ən köhnə AES-nin işi dayandırılır
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb
UFC turnirində Tuxuqov Agiları nokauta saldı
ABŞ-da avtobus qəzası nəticəsində 3 nəfər həlak olub
Çinin Hubey əyalətində sutka ərzində koronavirusa yoluxanların sayı 630 nəfər artdı
Almaniyada məhkəmə “Tesla”ya meşə massivini kəsməyə icazə verdi
Bakıda qəzaya uğrayan avtomobil alışıb (VİDEO)
Almaniyada naməlum şəxslər qəlyan salonuna atəş açdılar
Tərtər rayonunda mərmi tapıldı (FOTO)
”Erazmus” proqramı “Brexit”dən sonra təhlükə altındadır
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar (FOTO)
Ağstafada mağazada yanğın qeydə alınıb
Bakıda 3 otaqlı evdə yanğın olub
"Saudi Aramco" Səudiyyə Ərəbistanında ən böyük qaz yatağının kəşfinə başlayacaq
Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı
Azərbaycan cüdoçusu Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninə layiq görülüb (FOTO)
Braziliyada polislərin etiraz aksiyaları davam edir
Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələnib
Gədəbəydə ev yanıb
MSK DSK-nın qərarını qüvvədə saxladı
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib
Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb (SİYAHI)
MSK 66 saylı Biləsuvar seçki dairəsinin qərarını qüvvədə saxlayıb
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
MSK DSK-nın qərarını qüvvədə saxladı
Neftçalanın sabiq icra başçısı və digər saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib (ƏLAVƏ OLUNUB)
İranda koronavirusa görə məktəblər bağlandı
MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Kürdəmirdə ana və uşağın müəmmalı ölümü ilə bağlı cinayət işi başlanıb
Sabunçu üçüncü seçki dairəsi ilə bağlı müraciət təmin edilmədi
MSK DSK-nın qərarını qüvvədə saxladı
Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib
Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib
Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib
Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxs təltif edilib (SİYAHI)
Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM
Qaradağ seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb (FOTO) (YENILƏNİB)
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb (FOTO) (YENİLƏNİB)
MSK-nın seçkilərlə bağlı iclası başladı
Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edilib
Beynəlxalq Etnoidman Forumu gələn il Bakıda keçiriləcək (FOTO)
Biləcəridə “BMW” piyadanı vurub öldürdü
Ukraynalı ekspert: Prezident İlham Əliyevin İtaliyaya səfəri Asiyadan Avropaya yeni yol açacaq
Bir gündə 46 nəfər saxlanılıb
Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları nağıl tamaşa ilə sevindirəcək
İrandakı koronavirusa görə Azərbaycan gömrükdə nəzarəti daha da gücləndirib
Dövlət Gömrük Komitəsinin sədri 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb (FOTO)
Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb (FOTO)
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
Avtomobil yolları işçilərinin peşə bayramıdır
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı (FOTO)
Deputat İsraildə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)
Arzu Nağıyev: Azərbaycanın “Böyük Yeddilik” üzvü olan İtaliya ilə belə bir vacib sənəd imzalaması olduqca mühüm əhəmiyyət daşıyır
"Keşlə" dairəsində dövrə vuran DYP avtomobili barədə araşdırmalara başlandı
İranda koronavirusa yoluxanların sayı 28-ə çatıb
Trend-in Baş direktor müavini Sevil Mikayılova Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya əlamətdar səfəri barədə (VİDEO)
Bakıda daha bir nizamlanan piyada keçidi qoyulub (FOTO)
Sabah hava küləkli, çiskinli olacaq
Narkotik saxlayan Quba sakinləri saxlanılıb (FOTO)
Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib
Naxçıvan Ali Məclisinə yeni TƏYİNAT
Azərbaycan təkcə İtaliya üçün deyil, həm də bütün Avropa İttifaqı üçün iri iştirakçıdır
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Sədr seçiləcək
Gədəbəydən Bakıya gələn 21 yaşlı oğlan heroinlə yaxalandı
Tikinti obyektlərinin istismarına icazələri təmin edən elektron sistem bölgələrdə tətbiq edilir (FOTO)
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub (FOTO)
İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına dəstək verəcək
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb (FOTO)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Saatlı və Sabirabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açıldı (FOTO)
Səfir: Azərbaycan və Latviya müntəzəm birbaşa aviareyslərin açılması imkanını nəzərdən keçirir
Azərbaycana gələn iranlılarda koronavirus şübhəsi ilə bağlı baş həkimdən AÇIQLAMA
Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır
Bakı polisi axtarışda olan 26 nəfəri bir gündə saxladı
Bu gün Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək (VİDEO)
Küveyt İranla uçuşları dayandırdı
İranda iki sərhədçi öldürülüb
Hacıqabul ikinci dəfə silkələndi (ƏLAVƏ OLUNUB)
Atəşkəs 23 dəfə pozuldu
Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər
“Azəriqaz”: Yeni sayğaclara müdaxilələr azalacaq (VİDEO)
Azərbaycanda italyandilli kadrlara olan tələbat arta bilər
Amerikalı politoloq: Rəsmi Bakıya etimad yüksək səviyyədədir
FATF İranı "qara siyahı"ya əlavə edib
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Bakıda "Mercedes" yanıb
İtaliya Azərbaycan qazı sayəsində Avropanın qaz qovşağına çevriləcək
Sankt-Peterburq - Bakı reysi ləğv edilib (FOTO)
ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələ ki qərar verməyib
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub - Yaralılar var
Meksikada həbsxanada qiyam olub - Ölənlər və yaralananlar var
Çində yeni növ koronavirusdan ölənlərin sayı artıb
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 34 nəfərə çatıb
Astarada qazanxanada yanğın olub
Bütün xəbərlər