...

“Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb

İqtisadiyyat Materials 15 Yanvar 2020 10:25 (UTC +04:00)
2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb.
“Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb

Bakı. Trend:

2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb.

Birlikdən Trend-ə verilən məlumata görə, bunun 57 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 902-si regionlar üzrədir. 2019-cu ilin dekabr ayında əhali sektoru üzrə 15 315 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 148-i Bakı, Abşeron və Sumqayıt, 7 167-si regionların payına düşür.

Beləliklə, ötən il əhali sektoru üzrə 2 milyon 247 min 618 abonent qeydə alınıb. Bakı şəhəri üzrə abonent sayı 863 868, regionlar üzrə isə 1 milyon 383 min 750 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti