...

Sabahdan qatarlarda bilet satışı qaydalarına dəyişiklik edilir

İqtisadiyyat Materials 22 Yanvar 2020 20:32 (UTC +04:00)
Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir.
Sabahdan qatarlarda bilet satışı qaydalarına dəyişiklik edilir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər.

Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq oluncaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti