...

“Ulduz” şokolad festivalında iştirak edib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 24 Fevral 2020 18:54 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz Şokolad fabriki” 21-23 fevral tarixlərində Araz Supermarketlər şəbəkələrində keçirilən şokolad festivalında iştirak edib.
“Ulduz” şokolad festivalında iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz Şokolad fabriki” 21-23 fevral tarixlərində Araz Supermarketlər şəbəkələrində keçirilən şokolad festivalında iştirak edib.

Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, festival çərçivəsində iştirak edən şəhərimizin sakinləri fabrikin bir çox çəki və ədədli şokolad çeşidlərini festivala özəl xüsusi endirimli qiymətlərlə əldə edib.

22 fevral tarixində isə Günəşli və Sabunçu qəsəbələri, o cümlədən Sumqayıt şəhərində yerləşən “Araz superstore” filiallarında festivalla əlaqədar olaraq bol hədiyyəli, əyləncə dolu tədbir təşkil olunub. Tədbirdə festival ziyarətçilərinə şokolad məhsullarının hazırlanması ilə bağlı master-klass təşkil olunub, maraqlı oyunlar nəticəsində isə müxtəlif hədiyyələr verilib. Həmçinin Ulduz şokolad fabrikinin “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetlərinin, “Favo” müsli batonlarının dadımı edilib.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad konfetləri ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti