...

İİTKM meneceri Vyanada makroiqtisadi idarəetmə mövzusunda seminarda iştirak edib (FOTO)

İqtisadiyyat Materials 26 Fevral 2020 09:17 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) meneceri Mətanət Rəsulova “Resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəetmə” mövzusunda keçirilən seminarda iştirak edib.
İİTKM meneceri Vyanada makroiqtisadi idarəetmə mövzusunda seminarda iştirak edib (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) meneceri Mətanət Rəsulova Avstriyanın Vyana şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Vyana Birgə İnstitutunun (JVI) təşkilatçılığı ilə “Resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəetmə” mövzusunda keçirilən seminarda iştirak edib.

Trend-in məlumatına görə, İİTKM-in meneceri Mətanət Rəsulova bildirib ki, müzakirə zamanı iştirakçılara resursla zəngin ölkələrin makroiqtisadi göstəriciləri ilə digər ölkələrin makroiqtisadi göstəriciləri arasında fərqin qiymətləndirilməsi ilə bağlı nəzəri və praktiki bilik və bacarıqlar öyrədilib. Bu məqsədlə resurslarla zəngin ölkələrdə makroiqtisadi göstəricilərin təhlili, təbii resursların satışından əldə olunan gəlirlərin istifadəsi, qənaəti və ya investisiyasının zəruriliyinin müəyyənləşdirilməsi, institusional məsələlələr kimi mövzulara geniş yer verilib. Bundan başqa gözlənilməyən resurs xərcləri və ya resursların qiymətinin aşağı düşməsi zamanı problemlərin həlli üçün makroiqtisadi siyasət tədbirləri ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilib. Tədbirdə Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrdən 30-dan artıq nümayəndə iştirak edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti