...

Pensiyaçılar üçün bu xidmət pulsuz oldu

İqtisadiyyat Materials 26 Fevral 2020 20:36 (UTC +04:00)
Artıq bütün pensiyaçılar pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər.
Pensiyaçılar üçün bu xidmət pulsuz oldu

Bakı. Trend:

Artıq bütün pensiyaçılar pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün "SMS xəbərdarlıq" xidmətindən faydalana bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Trend-ə deyib ki, pensiya hesablarının mövcud oduğu Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur:

"Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla, pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq" formasında məlumat əldə edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti