...

Bu il metroda 10 yeni güclü ventilyator alınaraq quraşdırılacaq (FOTO)

İqtisadiyyat Materials 27 Fevral 2020 12:44 (UTC +04:00)
Bakı metrosunda yeni əsaslarla havalandırma sistemi qurulub
Bu il metroda 10 yeni güclü ventilyator alınaraq quraşdırılacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Ötən dövrün böyük layihələri "Bakı Metropoliteni"ndə ventilyasiya və digər texniki sahələrdə də öz səmərəsini göstərib. Ventilyasiya sisteminin təkmilləşdirilməsi üzrə işlər davam edib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

Şaxtalarda təmir işləri aparılıb, istismar müddətini başa vurmuş, texniki və mənəvi cəhətdən köhnəlmiş 7 ventilyator Rusiyanın “Ventprom” şirkətinin müasir, metropolitenin təqdim etdiyi texniki şərtlər üzrə istehsal olunmuş daha məhsuldar və elektrik enejisinə qənaət edən havavurma qurğuları ilə əvəz edilib. Bu da son nəticədə yeraltı stansiyalar və tunellərdə iqlim şəraitini yaxşılaşdırıb.

Burada ventilyatorların iş rejiminin tənzimlənməsinin, vurulan hava axınının düzgün istiqamətləndirilməsinin də əhəmiyyəti az olmayıb. 2020-ci il bu mənada daha böyük yeniliklər gətirəcək. Yaşıl və Qırmızı xətlərdə 10 yeni güclü ventilyator alınaraq quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti