...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 28 Fevral 2020 12:27 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 52,27 dollar/barel olu
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 53,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,73 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 52,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,67 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 52,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti