...

Azərbaycanda qeyri-neft məhsullarının ixracının təşviq mexanizmi sadələşdirildi - İZAH

İqtisadiyyat Materials 7 Mart 2020 17:02 (UTC +04:00)

Bakı. Trend:

İxracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb.

Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac vardır.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, "Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası"nda sadələşdirmələri nəzərdə tutan 74 №li Qərara dair Qaydaya dəyişiklik edilib.

Qərarda ixrac təşviqinin ödənilməsi üçün

- ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi;

- İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış "məktub-sərəncam"ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də qaydada nəzərdə tutulub.

Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti