...

Gömrük Komitəsinin ötən ay büdcəyə köçürdüyü məbləğ məlum oldu

İqtisadiyyat Materials 10 Mart 2020 15:33 (UTC +04:00)
Fevralda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 329 milyon 605 min manat olub.
Gömrük Komitəsinin ötən ay büdcəyə köçürdüyü məbləğ məlum oldu

Bakı. Trend:

Fevralda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 329 milyon 605 min manat olub.

Komitədən Trend-ə verilən məlumata görə, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 86 milyon 308 min manat, əlavə dəyər vergisi üzrə 230 milyon 80 min manat, aksizlər üzrə 9 milyon 834 min manat, yol vergisi üzrə isə 3 milyon 381 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti