...

“Qazax Sement Zavodu” koronavirusla bağlı inşa olunan xəstəxanaları betonla təmin edir (FOTO)

İqtisadiyyat Materials 14 Aprel 2020 14:00 (UTC +04:00)
“Qazax Sement Zavodu” koronavirusla bağlı inşa olunan xəstəxanaları betonla təmin edir (FOTO)

Bakı. Trend:

“Qazax Sement Zavodu” MMC Koronavirus (COVİD 19) infeksiyası aşkar edilən xəstələrin müalicəsi üçün inşa olunan xəstəxanaları betonla təmin edir.

“Qazax Sement Zavodu” MMC-nin istehsal etdiyi sement və beton məhsulları Respublikada inşa olunan ən strateji obyektlərin tikintisində uğurla istifadə olunur.

Koronavirus (COVİD 19) infeksiyası aşkar edilən xəstələrin müalicəsi üçün Bakı və Sumqayıt şəhərlərində inşa olunan xəstəxanaların betonla təmin edilməsi üçün şirkətin bu sahədə çalışan komandası fasiləsiz fəaliyyət göstərir. Şirkətin əsas məqsədi inşa olunan müalicə mərkəzlərinin nəzərdə tutulan vaxtda tamamlanması və Respublikamızda bu infeksiyadan əziyyət çəkənlərin ən qısa zamanda uğurla müalicəsinə öz dəstəyini göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti