...

Azərbaycanda son üç ayda avtomobil benzininin istehsalı 13,5 faiz artıb

İqtisadiyyat Materials 21 Aprel 2020 23:27 (UTC +04:00)
Azərbaycanda son üç ayda avtomobil benzininin istehsalı 13,5 faiz artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816,0 milyon manat olub.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 9,6 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb.

Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti